Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Ərdoğan Şimali Kiprə dəstək verməyə çağırdı

Dünya | 120 | 17:35 • 4 Mart 2021
Ərdoğan Şimali Kiprə dəstək verməyə çağırdı

“Üzv ölkələri Şimali Kipr Türk Respublikası ilə münasibətləri bütün sahələrdə inkişaf etdirərək məruz qaldığı haqsızlıqların öhdəsindən gəlməyə yardımçı olmağa çağırıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən 14-cü Zirvə toplantısında söyləyib.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası (ŞKTR) öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
94 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021