Xəzər Xəbər

Qazaxıstan Xəzər dənizindəki ərazi sularını genişləndirib

Dünya | 09:46 • 24 Fevral 2021
Qazaxıstan Xəzər dənizindəki ərazi sularını genişləndirib

Xəzər dənizində Qazaxıstanın ərazi sularının genişləndirilməsinə dair dəyişikliklər edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sənəd imzalayıb.

“Xəzər dənizində fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun ərazi sularının genişliyini 12-dən 15 milə qədər artırır.

Bundan əlavə, eyni düzəlişlər dənizdə elmi tədqiqatların aparılması və su bioloji ehtiyatları üçün balıq ovu prosedurunu müəyyənləşdirən “balıqçılıq zonası rejimi” anlayışını təqdim edir.

Xəbər lenti