Xəzər Xəbər

Ekvadorda həbsxana qiyamları nəticəsində 75 məhkum ölüb

Dünya | 12:48 • 24 Fevral 2021
Ekvadorda həbsxana qiyamları nəticəsində 75 məhkum ölüb

Ekvadorun üç həbsxanasında baş verən qiyamların gedişində ölən dustaqların sayı 75 nəfərə çatıb.

France-Presse agentliyi xəbər yayıb ki, Ekvador Daxili İşlər Nazirliyinin məlumatına görə, qiyamlara bir-biri ilə düşmənçilik edən narkotik alverçiləri bandaları arasında liderlik uğrunda mübarizə səbəb olub. Qiyam ölkənin üç şəhərində - Guayaquil, Cuenca ve Latacungada eyni vaxtda başlayıb.

İnsident zamanı, həmçinin bir neçə gözətçinin yaralandığı bildirilir. İğtişaşlar nəticəsində xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Ekvador Prezidenti Lenin Moreno özünün “Twitter” səhifəsində Təhlükəsizlik qüvvələrinin asayişi təmin etmək üçün hərəkətə keçdiyini yazıb.

Xəbər lenti