Xəzər Xəbər

İran Prezidenti Suriyaya humanitar yardımların artırılmasını təklif edib

Dünya | 16:54 • 1 İyul 2020
İran Prezidenti Suriyaya humanitar yardımların artırılmasını təklif edib

İran heç nəyə baxmayaraq, Suriya xalqına və dövlətinə öz dəstəyini göstərəcək.


Bu sözləri İranın Prezidenti Həsən Ruhani bu saatlarda Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə videokonfrans formatında keçirilən görüşdə deyib.


O bildirib ki, dünya dövlətləri koronovirus pandemiyasından əziyyət çəkir. Suriya xalqı isə ikiqat əziyyət çəkir. Bir tərəfdən koronovirus digər tərəfdən isə xarici müdaxilə nəticəsində baş verən silahlı münaqişə xalqı ağır vəziyyətə salıb. İran Prezidenti Suriyaya humanitar yardımların artırılmasını təklif edib.


İran, Rusiya və Türkiyə prezidentləri Suriya probleminin həlli istiqamətində müzakirəni davam etdirirlər.

Xəbər lenti