Xəzər Xəbər

Ankarada Milli Kiber Müdafiə Mərkəzi açılıb

Dünya | 18:36 • 10 Fevral 2020
Ankarada Milli Kiber Müdafiə Mərkəzi açılıb

Ankarada Milli Kiber Müdafiə Mərkəzinin açılışı olub.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində çıxış edib.


Türkiyədə internet istifadəçilərinin sürətlə artdığını diqqətə çatdıran dövlət başçısı kiberhücumlardan qorunmaq üçün görülən tədbirlər, bu sahədə dövlət proqramlarının icrası, o cümlədən ağıllı sistemlərin qurulması siyasətinin əhəmiyyətindən danışıb. Prezident əminliklə bildirib ki, mükəmməl kibertəhlükəsizlik sisteminə malik olan Türkiyə bu sahədəki təhlükəsizliyi inkişaf etdirmək üçün daha əsaslı layihələr həyata keçirməyə, o cümlədən güclü mütəxəssislər hazırlamağa qadirdir.

Dövlət başçısı internet və texnologiyaların müasir dövrdə rolu və yaratdığı təhlükə ilə bağlı fikirlərini bölüşüb.

Xəbər lenti