Xəzər Xəbər

Ötən il Türkiyə 50 milyondan çox turist qəbul edib

Dünya | 18:08 • 10 Fevral 2020
Ötən il Türkiyə 50 milyondan çox turist qəbul edib

Ötən il Türkiyəyə rekord sayda turist gəlib.


Ölkənin Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2019-cu ildə Türkiyəni 51 milyon 860 min turist ziyarət edib. Bundan da 34 milyard 520 milyon ABŞ dolları gəlir əldə olunub.


2019-cu ildə Türkiyənin bu sektordan əldə etdiyi gəlir əvvəlki son üç illə müqayisədə 9, 71, 2018-ci ilə görə isə 17 faiz artıb.


Bu rəqəm 2018-ci ildə 45 milyon 628 min nəfər təşkil edib.

Türkiyədə ötən il ən çox turist qəbul edən şəhər İsə İstanbul olub.


Mütəxəssislər qeyd edilən artımın əsas səbəbinin son illər ölkədə turizm sahəsində həyata keçirilən yeniliklər və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin yaradılması olduğunu bildirirlər. 2020-ci il üçün ölkənin turist hədəfi isə 58 milyon nəfərdir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024