Xəzər Xəbər

İtaliyanın daha bir bölgəsində evlər 1 avroya satılacaq

Dünya | 09:46 • 30 Yanvar 2020
İtaliyanın daha bir bölgəsində

İtaliyada turizmin inkişafı məqsədi ilə kiçik kənd və qəsəbələrdə həyata keçirilən "1 avroya ev” layihəsi davam edir.

Ölkənin cənubundakı Puqlia bölgəsində yerləşən Taranto şəhəri sakinlərinin azalması səbəbindən tarixi şəhər mərkəzini canlandırmaq və inkişaf etdirmək üçün 1 avroya ev layihəsinə qoşulmağa qərar verib.



Bu layihə çərçivəsində ilk mərhələdə bələdiyyəyə aid 5 ev satılacaq və nəticə uğurlu olarsa, bu say artacaq.

Taranto Şəhər Şurasının tarixi irsinə cavabdeh olan səlahiyyətlisi Franseska Viqano Tarantonun artıq insanların getdiyi bir yer deyil, döndüyü bir yer olmasını istədiklərini və bu layihənin turizmi canlandıracağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, daha əvvəl İtaliyanın bir sıra bölgələrində də bu layihə icra edilib./publika.az

Xəbər lenti

Çox oxunanlar