Xəzər Xəbər

Xarici İşlər nazirindən ETİRAF: "İllərlə orada yaşadıqdan sonra..."

Dünya | 12:30 • 4 Noyabr 2019
Xarici İşlər nazirindən ETİRAF:

"Qərblilərlə müzakirəyə həvəsli deyiləm”.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran Parlamentinin sessiyasında millət vəkillərinin suallarını cavablandıran nazir bəzi deputatların ABŞ-la müzakirə və nüvə razılaşması ilə bağlı tənqidlərinə cavab verib: "İllərlə Qərbdə yaşadıqdan sonra onlarla müzakirəyə həvəsli deyiləm. Təzyiqlərə hamıdan daha çox tab gətirdim. Müzakirənin çətinliyinə, həqarətlərə və təzyiqlərə 6 qərarı ləğv etdirmək üçün tab gətirdim və bunu bacardıq”.

ABŞ-la müzakirə etmək istəmədiklərinə, lakin BMT Təhlükəsizlik Şurasının İran əleyhinə verilmiş 6 qərarının 5 daimi üzvün təsdiqi ilə götürüləcəyinə diqqət çəkən Zərif rəsmi Vaşinqtona etibar etmələri təqdirində 150 səhifəlik razılaşma yazmaq məcburiyyətində qalmayacaqlarını söyləyib.

publika.az

Xəbər lenti