Xəzər Xəbər

Rusiya rekord həcmdə borc paylayır

Dünya | 15:53 • 3 Oktyabr 2019
Rusiya rekord həcmdə borc paylayır

Rusiya 3 il ərzində xarici dövlətlərə rekord həcmdə borc verəcək.

Bu məlumat Rusiyanın 2020-ci il büdcə layihəsində yer alıb. Üç il ərzində Moskvanın verəcəyi borc 1 trilyon rubl təşkil edəcək.

Borcların daha çox Rusiya məhsullarının alışı və ümumi layihələrin yekunlaşdırılması üçün veriləcəyi bildirilib. Ayrılan borcların daha çox Hindistan və Türkiyə atom elektrik stansiyalarının tikintisinə, eləcə də İranda atom energetikası infrastrukturunun inkişafına xərclənəcəyi vurğulanıb./axar.az

Xəbər lenti

Çox oxunanlar