Xəzər Xəbər

ABŞ ordusuna “sürpriz”: desantlar ağacdan asılı qaldı

Dünya | 15:48 • 3 Oktyabr 2019
ABŞ ordusuna “sürpriz”:

ABŞ-ın Missisipi ştatındakı "Şelbi düşərgəsi” hərbi bazasında keçirilən gecə təlimlərində 22 hərbi qulluqçu yaralanıb.

Bu barədə VDAM nəşri yazıb.

Məlumata görə, ABŞ-ın Alyaskadakı 25-ci piyada diviziyasının 4-cü briqadası ərazidə desant təlimlərində iştirak edib. Paraşütlərlə təyyarədən tullanan hərbçilər xoşagəlməz halla üzləşiblər. Belə ki, güclü külək onları təyinat nöqtəsindən uzaqlaşdırıb. Ağaclıq əraziyə enməyə məcbur olan hərbçilərin bəziləri yaralanıb, bəziləri isə ağaclara ilişdiyi üçün kömək gözləməyə məcbur olub./axar.az

Xəbər lenti

Çox oxunanlar