Xəzər Xəbər

Yüzlərlə pilot “Boeing”i məhkəməyə verdi: Qüsurları gizlədib, adamlar ölüb…

Dünya | 11:34 • 24 İyun 2019
Yüzlərlə pilot “Boeing”i məhkəməyə verdi:

Mülki aviasiyada çalışan 400-dən artıq pilot kollektiv şəkildə məhkəməyə müraciət edib. Onlar "Boeing” şirkətinə qarşı iddia qaldırıblar.

Pilotların nəhəng şirkəti məhkəməyə vermələrinin səbəbi "Boeing 737” model təyyarələrdə olan qüsurların gizlədilməsidir.

Təyyarəçilər deyir ki, həmin modellərdəki çatışmazlıqların gizlədilməsi iki böyük qəzaya səbəb oldu. Çoxlu sayda insanlar öldü, adamlara xeyli maddi və mənəvi ziyan vuruldu.

İddiaçılar şirkətdən zərərin tam ödənilməsini tələb edirlər. Dəqiq məbləğ açıqlanmasa da, milyonlarla dollardan söhbət getdiyi bildirilir.

Bu iddia üzrə ilk məhkəmə iclası oktyabrın 21-də Çikaqoda keçiriləcək. "Boeing”in mühəndislərinin təxminən bir il ərzində çatışmazlıqları gizlətməsi bu ilin mayında məlum olub. Rəhbərlik iddia edib ki, qüsurlardan onların xəbəri olmayıb.

Hələ ötən ilin noyabrında ekspertlər rəy vermişdi ki, "Boeing 737” model təyyarələr çox hündürə qalxanda onlarda partlayış baş verə bilər.

Son yarım ildə "Boeing 737” təyyarələrində baş vermiş iki aviaqəza nəticəsində 346 nəfər dünyasını dəyişib. Sonuncu qəza Efiopiyada baş vermişdi. Təyyarə aeroportdan havaya qalxandan 6 dəqiqə sonra partlamışdı. Təyyarədə olan 157 nəfərin hamısı həlak olmuşdu.

Bundan sonra dünyanın 30 aviaşirkəti "Boeing 737” təyyarələrinin istifadəsindən imtina etdi. Avropa İttifaqı ölkələri, ABŞ bu təyyarələr üçün öz hava məkanını qapatdı./Bizimyol.info

Xəbər lenti