Xəzər Xəbər

Pakistanda törədilən partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Dünya | 19:02 • 13 Aprel 2019
Pakistanda törədilən partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Pakistanın Kvetta şəhərində törədilən partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Xezerxeber.az bu barədə Reuters agentliyinə istinadla xəbər verir.

Xatırladaq ki, aprelin 12-də Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində yerləşən bazarda kustar üsulla hazırlanmış partlayıcı qurğu işə salınıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 48 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında hərbçilər də var.

Xəbər lenti