Xəzər Xəbər

İranın cənubunda 2 tona yaxın narkotik maddə aşkarlandı

Dünya | 19:46 • 13 Aprel 2019
İranın cənubunda 2 tona yaxın narkotik maddə aşkarlandı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,92 ton narkotik maddə aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti polis rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik maddələrin ticarəti ilə məşğul olan dəstə onu iki hissəyə bölərək nəql etməyə cəhd ediblər. Polisin keçirdiyi 2 əməliyyat nəticəsində narkotik yük aşkarlanıb.

Əməliyyat zamanı baş verən silahlı insidentdə 2 nəfər saxlanılıb. 3 nəfər isə hadisə yerindən qaçıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024