Xəzər Xəbər

Çində yaşayış binaları çöküb: 2 nəfər ölüb, 17 nəfər itkin düşüb

Dünya | 09:02 • 16 Mart 2019
Çində yaşayış binaları çöküb: 2 nəfər ölüb, 17 nəfər itkin düşüb

Çinin Şensi vilayətində torpaq sürüşməsi iki yaşayış binasının və bir ictimai hamamın çökməsinə səbəb olub. Nəticədə 2 nəfər ölüb, 17 nəfər dağıntılar altında qalıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Linfen şəhərinin Caolin qəsəbəsində baş verib.

İndiyədək 11 nəfər və iki cəsəd dağıntılar altından çıxarılıb. Hazırda xilasedicilər, polis işçiləri, mülki müdafiə qüvvələri də daxil olmaqla 600 nəfər axtarış işlərini davam etdirir.

Xəbər lenti