Xəzər Xəbər

Belçikada 27 nəfərin hələ də faşist Almaniyasının təqaüdünü alması ətrafında qalmaqal yaranıb

Dünya | 17:27 • 20 Fevral 2019
Belçikada 27 nəfərin hələ də faşist Almaniyasının təqaüdünü alması ətrafında qalmaqal yaranıb

Belçikada 27 nəfər Üçüncü reyxin ən vəhşi SS qoşunlarında xidmət keçdiklərinə görə hələ də faşist Almaniyasının rəhbəri Hitlerin müəyyən etdiyi 425-1275 avro məbləğində təqaüd alır.


AZƏRTAC "The Brussels Times” nəşrinə istinadla xəbər verir ki, 1941-ci ildə imzalanmış fərmana görə, alman ordusunda döyüşən belçikalılar, yaxud onların övladları bugünədək pensiya almaq hüququnu qoruyub saxlayıblar. Qəzetdə dərc olunmuş məqalədə diqqətə çatdırılır ki, həmin şəxslərin pensiya təminatının davam etməsi müasir alman dövlətinin özünü Üçüncü reyxin varisi alan etməsi ilə əlaqədardır. RTFB telekanalının yaydığı məlumata görə, İkinci Dünya müharibəsindən sonra faşist ordusunda xidmət edən 80 min belçikalı mühakimə olunub və 38 min nəfərin alman hökumətindən təqaüd aldığı müəyyən edilib. Hazırda bu adamların cəmi 27-si sağdır.


"De Morgen” nəşri bildirib ki, bu şəxslərin böyük məbləğdə təqaüd alması xəbəri faşist Almaniyasında toplama düşərgələrində qul kimi işlədilən və işgəncələrə məruz qalan insanların cəmi 50 avro müavinət alan varislərini möhkəm qəzəbləndirib. Qəzetin yazdığına görə, onlar SS döyüşçülərinin təqaüdünün kəsilməsi üşün diplomatik yollarla Almaniya hökumətinə müraciət göndərmək istəyirlər.


Qeyd olunur ki, bu qalmaqal Avropa İttifaqı ölkələrində pensiyalar üzrə məlumat mübadiləsi çərçivəsində belçikalılara faşist Almaniyasının təqaüdünün verilməsi aşkar olunduqdan sonra başlayıb.

Xəbər lenti