Xəzər Xəbər

Hindistan Pakistanın terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib

Dünya | 13:47 • 20 Fevral 2019
Hindistan Pakistanın terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib

Hindistan Pakistanın Baş naziri İmran Xanın ötən həftə törədilən terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında Pakistanın terror aktını qınamadığı və hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı vermədiyi üçün təklifinin rədd edildiyi bildirilib.


Xatırladaq ki, ötən həftə Hindistanın Cammu və Kəşmir ştatında baş vermiş partlayış nəticəsində 18 polis əməkdaşı həlak olub. Hindistan terror aktında Pakistanı günahlandırır.

Xəbər lenti