Xəzər Xəbər

Samsun sahillərində batan yük gəmisinin ekipaj üzvlərindən ikisi azərbaycanlıdır

Dünya | 15:01 • 7 Yanvar 2019
Samsun sahillərində batan yük gəmisinin ekipaj üzvlərindən ikisi azərbaycanlıdır

Türkiyənin Samsun vilayəti sahillərində batan yük gəmisinin ekipaj üzvlərindən ikisi azərbaycanlıdır.


Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin sahil-mühafizə xidmətinin bir qayıq və helikopterlə başlatdığı axtarış-xilasetmə əməliyyatları nəticəsində altı ekipaj üzvü xilas edilib, bir nəfərin isə cəsədi tapılıb. Xilas edilənlərdən dördü xəstəxanaya çatdırılıb.


On üç nəfərlik ekipaj üzvünün doqquzu ukraynalı, ikisi isə rusdur.

Xəbər lenti