Xəzər Xəbər

Tramp: Türkiyə bizim qədər olmasa da, İŞİD-ə nifrət edir

Dünya | 15:24 • 7 Yanvar 2019
Tramp: Türkiyə bizim qədər olmasa da, İŞİD-ə nifrət edir
ABŞ prezidenti Donald Tramp hansı ölkənin İŞİD terror təşkilatına daha çox nifrət etməsi ilə bağlı bəyanat verib. Onun firkincə, Rusiya və İran İŞİD-ə Birləşmiş Ştatlardan daha çox nifrət edir, Türkiyə isə ABŞ qədər olmasa da, İŞİD-ə nifrət bəsləyir.

Dünən Ağ Evdə jurnalistlərə açıqlamasında Donald Tramp qeyd edib ki, Suriyadan tamamilə çıxmağı düşünsələr də, ancaq buna dair hər hansı bir proqram yoxdur.

"Türkiyə İŞİD-ə nifrət edir, bəlkə bizim etdiyimiz qədər deyil. ABŞ İŞİD-ə qalib gələnədək Suriyada olacaq. İran İŞİD-ə bizdən daha çox nifrət edir, əlbəttə belə bir şey mümkündürsə. Bunlar (Rusiya və İran) İŞİD-ə nifrət edən ölkələrdir və öz ərazilərində müharibənin məsuliyyətini öz üzərinə götürə bilərlə, çünki biz onların bölgələrində müharibə edirik",-deyə Tramp əlavə edib./FaktXəbər

Xəbər lenti