Xəzər Xəbər

Bu nazir arvadı ilə İstanbula gəzməyə getdi vəzifəsindən çıxarıldı

Dünya | 16:46 • 17 Dekabr 2018
Bu nazir arvadı ilə İstanbula gəzməyə getdi

ABŞ-ın daxili işlər naziri Ryan Zinke dövlət büdcəsindən 25 min dollar xərcəyib.

ABŞ-ın daxili işlər naziri Ryan Zinkenin işdən çıxmaq qərarının səbəbləri arasında həyat yoldaşı Lola Zinke ilə etdiyi tətil də göstərilib.

Zinke 2017-ci ilin yaz aylarında İstanbul və Yunanıstan tətilində təhlükəsizlik məqsədi ilə dövlət büdcəsindən xərclənən 25 min dollara görə istintaqa cəlb edilib.

Bir gün əvvəl öz tvitter səhifəsindən Zinkenin işdən çıxacağını bildirən ABŞ prezidenti Donald Tramp "Daxili işlər naziri Zinke ilin sonunda vəzifəsindən çıxacaq. Ona ölkəmizə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm” deyib.

Demokratlar partiyasının Nümayəndələr Palatasındakı lideri Nancy Pelosi Zinkenin vəzifədə qaldığı müddət ərzində ətrafa zərər verən layihələrə imza atdığını bildirib: "Zinke xüsusi maraq doğuran qruplarının utanmaz xidmətçisi olaraq işləyib”.

AzNews.az

Xəbər lenti