Xəzər Xəbər

Türkiyə Qazaxıstandan qızıl idxal edəcək

Dünya | 08:48 • 15 Sentyabr 2018
Türkiyə Qazaxıstandan qızıl idxal edəcək

Türkiyənin "Lidya Madencilik” şirkəti Qazaxıstanın Qaraqanda vilayətində yerləşən Cənubi Moyintinskaya qızıl yatağını əldə etməyi planlaşdırır. Bu yataqda proqnozlaşdırılan qızıl ehtiyatları 8,4 tondur.


Adıçəkilən ərazidə geoloji kəşfiyyat işləri 2015-2016-cı illərdə aparılıb.


Yerli "Tau-Ken Samruk” şirkəti strateji investorları cəlb etməklə Alayqır polimetal filiz yatağının hasilatı və emalı, qızıl kəşfiyyatının aparılması ilə bağlı Türkiyənin "Lidya Madencilik” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.


Aparılan danışıqların nəticəsi olaraq bu ay "Samruk Таu-Кеn” ilə "Lidya Madencilik” şirkətlərinin rəhbərləri əməkdaşlığın şərtlərini razılaşdırıblar.

Xəbər lenti