Xəzər Xəbər

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

Dünya | 09:51 • 20 İyul 2018
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir yaxın vaxtlarda Azərbaycana səfər edəcək.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Arlem Dezir jurnalistlərə açıqlamasında söyləyib. O deyib: "Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana gedəcəyəm. Məqsədim Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır”.


A.Dezir deyib ki, ATƏT-in Tbilisidə keçirilən "Cənubi Qafqaz regionunda media azadlığı" adlı 15-ci beynəlxalq konfransında azad mətbuatın, peşəkar jurnalistikanın inkişafı barədə müxtəlif fikirlər səsləndirildi. "Səfər çərçivəsində konfransda qəbul olunmuş tövsiyələrin icrası, həm də KİV-lərin vəziyyəti ilə yerindəcə tanış olacağam”, - deyə o vurğulayıb.

Xəbər lenti