Xəzər Xəbər

ABŞ-da turist qayığı çevrilib, ölənlər var

Dünya | 09:24 • 20 İyul 2018
ABŞ-da turist qayığı çevrilib, ölənlər var

ABŞ-da, Missuri gölündə turist qayığı çevrilib.


Xezerxeber.az-ın "Fox” telekanalına istinadən verdiyi xəbərə görə, qəza zamanı qayığın göyərtəsində azı 30 nəfər olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.

İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.

Xəbər lenti