Xəzər Xəbər

Tramp Putini Vaşinqtona dəvət edib

Dünya | 09:06 • 20 İyul 2018
Tramp Putini Vaşinqtona dəvət edib

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfər etməyə dəvət edib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün "Twitter” hesabında yazıb.

"Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, S.Sanders yazıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024