Xəzər Xəbər

Yaponiyada 10 minədək insan xəstəxanalara yerləşdirilib

Dünya | 09:19 • 19 İyul 2018
Yaponiyada 10 minədək insan xəstəxanalara yerləşdirilib

Yaponiyada ötən həftə ərzində ölkənin bütün ərazisini əhatə edən isti hava səbəbindən 9956 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 12-si dünyasını dəyişib.


Bu barədə Yaponiya Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Xəstəxanalara yerləşdirilənlərin yarısını 65 və daha yuxarı yaşlı insanlar təşkil edir.


Bu yaxınlarda aramsız yağışlardan zərə çəkən qərb rayonlarında günvurmadan xəsarət alanların sayı ötənilki göstəricini iki dəfə üstələyib. Okayama prefekturasında 353 nəfərin, Hiroşimada isə 315 nəfərin belə xəsarət aldığı bildirilir.


Hakimiyyət orqanları əhalini kondisionerlərdən düzgün istifadə etməyə və maye qəbulunu artırmağa çağırıb. Eyni zamanda, günvurma nəticəsində halı xarablaşan insanları gördükdə təcili yardım xidmətinə müraciət etmək də tövsiyə olunur. (AZƏRTAC)

Xəbər lenti