Xəzər Xəbər

Bu il Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək

Dünya | 09:28 • 18 İyul 2018
Bu il Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək

Sentyabrın 27-də qeyd ediləcək Dünya Turizm Günü "Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunacaq.


AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, builki tədbirə Macarıstan ev sahibliyi edəcək. Macarıstan qədim tarixi, zəngin təbii ehtiyatları olan ölkədir. Bu ölkə kurortları, gölləri, termal suları, mədəniyyət və tarixi abidələri, mətbəxi, qastronomiyası ilə turistləri cəlb edir. Təsadüfi deyil ki, 2017-ci ildə Macarıstanda beynəlxalq turistlərin sayı 16 milyon olub. Habelə Dünya Turizm Gününün builki mövzusu ölkənin müasir həyatı ilə səsləşir.

Xəbər lenti