Xəzər Xəbər

Türkiyənin Siyirt əyalətində 4 PKK terroristi məhv edilib

Dünya | 09:29 • 18 İyul 2018
Türkiyənin Siyirt əyalətində 4 PKK terroristi məhv edilib

Siyirt bölgəsinin icra hakimiyyəti tərəfindən edilən açıqlamaya görə, bölgə polis komandanlığı tərəfindən Eruh rayonunun Akmeşe kəndində pilotsuz təyyarə vasitəsi ilə yerləri müəyyənləşdirilən bir qrup PKK terroristinə qarşı hava dəstəkli əməliyyat təşkil edildi.


Əməliyyatda ikisi qadın olmaqla 4 PKK terroristi məhv edildi.


Əməliyyat axtarış nəticəsində minamyot, pulemyot, 3 Kalaşnikov avtomatı, çox sayda silah, döyüş sursatı və partlayıcı maddələr ələ keçirildi.


Bölgədə hava dəstəkli əməliyyat davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti