Xəzər Xəbər

Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya | 10:42 • 24 İyun 2018
Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib
Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkiləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.


Bu gün 16 min polis əməkdaşı xidmətə cəlb olunub.


Təhlükəsizliyin təmin edilməsi üçün 40 xüsusi texnika, 35 zirehli avtomobil, helikopter və dronlardan da istifadə olunacaq. Seçki məntəqələri səhər saatlarından etibarən polis nəzarətinə alınıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Xəbər lenti