Xəzər Xəbər

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Dünya | 10:05 • 24 İyun 2018
Türkiyədə prezident və parlament seçkiləri keçirilir
Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.


XəzərXəbər xəbər verir ki, prezident postu uğrunda 6 namizəd mübarizə aparır.


1. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının ortaq namizədi Rəcəb Tayyip Ərdoğan
2. Cumhuriyyət Xalq Partiyasının namizədi, Yalovadan olan millət vəkili Muharrəm İncə
3. Xalqların Demokratik Partiyasının namizədi, İstanbuldan olan millət vəkili, həbsə alınan Səlahəddin Dəmirtaş
4. İYİ partiyadan namizəd, partiyanın rəhbəri Meral Akşənər
5. Səadət Partiyasından namizəd, partiyanın rəhbəri Temel Karamollaoğlu
6. Vətən partiyasının namizədi, partiya rəhbəri Doğu Pərinçək

Rəy sorğularına əsasn, Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlmə şansı yüksək qiymətləndirilir.

Parlament seçkilərində mübarizə aparan siyasi partiyalar isə Ədalət və İnkişaf Partiyası, Böyük Birlik Partiyası, Müstəqil Türkiyə Partiyası, Cumhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, İYİ Partiyası, Milliyətçi Hərəkat Partiyası, Səadət və Vətən partiyalarıdır.

Türkiyədəki 24 iyun seçkilərində iştirak etmək üçün 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Onlardan 56,3 milyonu ölkə daxilindədir.

Qeyd edək ki, səsvermə yerli vaxtla saat 8-də başlayıb, saat 17-də başa çatacaq. Seçkilərin ilk nəticələrinin saat 19.00-dan sonra açıqlanması gözlənilir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024