Xəzər Xəbər

ABŞ-da milyonlarla insanı ölüm gözləyir – Alimlərdən SOS

Dünya | 15:55 • 20 Aprel 2018
ABŞ-da milyonlarla insanı ölüm gözləyir

Seysmoloqlar ABŞ-da milyonlarla insanın zərər görəcəyi zəlzələ proqnozlaşdırıb.

Alimlərin fikrinə görə, bu, məşhur San Andreas dərəsində baş verən zəlzələdən daha təhlükəlidir.

Alimlər bildirir ki, Amerika Birləşmiş Ştatlarının qərb sahillərində yerləşən Hayvard tektonik zonasında olan çatlar yaxın onillikdə San Fransisko Körfəzi ərazisində zəlzələ yarada bilər. Dərin çatların olduğu tektonik ərazidə 2 milyondan çox insan yaşayır.

Ekspertlər bildirir ki, zəlzələdə həm də qaz borularının zədələnməsi nəticəsində güclü yanğınlar baş verə bilər. Tədqiqatçıların fərziyyəsinə əsasən, su kəməri də zədələnmiş olacaq ki, bu da xilasetmə işlərinin daha da çətinləşdirəcək.

Araşdırmanın müəllifləri həmçinin bildirir ki, yeddi ballıq zəlzələ nəticəsində yüz minlərlə insan evsiz qalacaq.

Bəzi elm adamları uzun müddətdir ki, Kaliforniya ərazisində olan bir çox çatların bir gün bütün dövlətdə fəlakətli zəlzələlərə səbəb ola biləcəyini proqnozlaşdırır. Keçən ilin fevralında olduğu kimi, bəzi mətbu orqanlar ABŞ-ın Geoloji Tədqiqatçısı və Kaliforniya Universitetinin tədqiqatçılarına istinad edərək bildirmişdilər ki, yeraltı təkanlar zəncirvari reaksiya yaradarsa, güclü zəlzələ ola bilər.

Təxminən eyni zamanda digər mütəxəssislər də Santa Barbara şəhəri yaxınlığındakı Ventura çatının birdən-birə təhlükəli hal ala biləcəyini bildiriblər.

Əvvəllər ehtimal olunduğunun əksinə, bu, pilləkənvari struktura malikdir - bir hissəsi olduqca dərin, bir hissəsi isə nəzərə çarpacaq qədər üzdədir.

Buna görə də, bu, nəzəri olaraq 8.0 bal gücünə qədər zəlzələ yarada bilər./teleqraf

Xəbər lenti