Xəzər Xəbər

Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub

Dünya | 10:50 • 19 Aprel 2018
Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub

Hindistanda gecə saatlarında ölümlə nəticələnən fırtına baş verib.


APA-nın İANS agentliyinə istinadən verdiyi xəbərə görə, Hindistanın Qərbi Benqaliya ştatında baş verən fırtına ən azı 18 nəfərin ölümünə səbəb olub.

Rəsmi məlumatlara əsasən fəlakət nəticəsində 230 ev dağılıb və ya qismən zədələnib. Yerli hakimiyyət fırtınanın zərərlərinin minimuma endirilməsi üçün səylər göstərir.

Xəbər lenti