Xəzər Xəbər

Türkiyə ordusu Afrində şəhid verdi

Dünya | 09:48 • 23 Yanvar 2018
Türkiyə ordusu Afrində şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hərbçisi Afrində keçirilən əməliyyat zamanı şəhid olub.

Bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, hadisə Kilisin Gülbaba yaşayış məntəqəsində terrorçularla atışma zamanı baş verib.

Qeyd edək ki, Türkiyə ötən həftənin şənbə günü Afrində hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi sərhəd təhlükəsizliyini təmin etmək və terrorçuları məhv etməkdir. Artıq bəzi strateji mövqelər terrorçulardan azad edilib.

Xəbər lenti