Xəzər Xəbər

ABŞ hökuməti fəaliyyətini bərpa edir

Dünya | 09:42 • 23 Yanvar 2018
ABŞ hökuməti fəaliyyətini bərpa edir

ABŞ Senatı federal hökumətin işini yeniləməyə imkan verəcək üç həftəlik büdcə haqda qanun layihəsinə səs verib.

Layihənin lehinə 81, əleyhinə isə 18 senator səs verib.

Bununla ABŞ qanunvericiləri üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Bu səbəbdən hökumət fəaliyyətini dayandırıb.

Xatırladaq ki, ABŞ hökuməti büdcə olmadan fəaliyyət göstərə bilmir. /azvision.az

Xəbər lenti