Xəzər Xəbər

Müharibə tunelləri tapıldı: Sovet sualtıları belə izlənib - FOTOLAR

Dünya | 13:59 • 14 Avqust 2017
Müharibə tunelləri tapıldı:

Maltanın paytaxtı Valettada 2-ci Dünya Müharibəsindən qalma qərargah tapılıb.

Araşdırmalar 2009-cu ildə Malta Miras Fondu tərəfindən başladılıb və nəhayət müharibəyə aid tunellər ortaya çıxıb. 28 km uzunluğundakı tunellər restavrasiya ediləcək və sərgilənəcək.

Pitoresk liman şəhərinin altındakı bu tunellər ingilislər təfərindən qazılıb və dənizə birbaşa çıxışı var. Dəniz əməliyyatları üçün olduqca əlverişlidir. İngilis ordusu 1979-cu ildə bölgədən çıxdıqdan sonra tunellər baxımsız qalıb.

Xatırladaq ki, Almaniya və İtaliya qüvvələri 1940-42-ci illərdə Ağdənzidə nəzarəti ələ almaq üçün Maltanı dəfələrlə bombalayıb.

"Soyuq müharibə" zamanı isə tunellər Sovet ordusuna məxsus sualtı qayıqları izləmək məqsədilə istifadə edilib.

cebhe.info

Xəbər lenti

Çox oxunanlar