Xəzər Xəbər

Yaponiya Şimali Koreyaya etirazını bildirdi

Dünya | 12:05 • 13 İyul 2017
Yaponiya Şimali Koreyaya etirazını bildirdi

Yaponiya ötən həftə ona məxsus iqtisadi zonada Şimali Koreya gəmisinin heyəti tərəfindən patrul gəmisinə silah yönəldilməsi ilə əlaqədar bu ölkəyə etirazını bildirib. NHK telekanalının yaydığı məlumata görə, etiraz Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreya tərəfinə çatdırılıb.

Telekanalın bildirdiyinə görə, hadisə iyulun 7-də baş verib. Şimali Koreya bayrağı altında üzən gəmi Yaponiyanın Balıqçılıq İdarəsinin patrul gəmisi tərəfindən Yapon dənizində qeydə alınıb. Yaponiyanın patrul gəmisi həmin gəmiyə yaxınlaşdığı zaman heyət üzvləri odlu silahı patrul gəmisinə yönəldərək oradakıları hədəfə alıblar. Bildirildiyinə görə, hadisə zamanı atəş açılmayıb.

Son vaxtlar Şimali Koreyanın raket sınaqları ilə bağlı iki ölkə arasında münasibətlər xeyli gərginləşib.

Xəbər lenti