Xəzər Xəbər

SON DƏQİQƏ! Suriyanın yaşayış məntəqəsi bombalandı, ölənlər var

Dünya | 18:13 • 12 İyul 2017
SON DƏQİQƏ! Suriyanın yaşayış məntəqəsi bombalandı, ölənlər var

ABŞ Silahlı Qüvvələri başda olmaqla koalisiya qüvvələri Suriyanın Əl-Xasaka əyalətində Şaddadi şəhərindən cənubda yerləşən Kişkiş Cabur yaşayış məntəqəsinə aviazərbələr endiriblər. Trend-in məlumatına görə, yerli informasiya mənbələri aviazərbələr nəticəsində 2-si qadın olmaqla 6 dinc sakinin həlak olduğuu bildiriblər.

Qeyd edək ki, ötən həftə Kişkiş Zeyanat kəndinə də koalisiya qüvvələri tərəfindən avizərbələr endirilmiş və nəticədə 9 dinc sakin həlak olmuşdu.

Xəbər lenti