Xəzər Xəbər

Sürücülər bu yol ilə getməkdən imtina edir Paranormal yol - VİDEO

Dünya | 12:38 • 19 İyun 2017
Sürücülər bu yol ilə getməkdən imtina edir

Avstraliyanın Yeni Cənubi Uels ştatında yolda baş verən paranormal hadisələr sürücüləri bu yol ilə getməkdən çəkindirir.

Yerli sakinlər yolda pis ruhların, xəyalətin olduğunu bildirirlər.

Bu yol ilə hərəkət edən avtomobillərin şüşəsilənləri qəfildən işə düşür, qapılar öz-özünə açılıb-bağlanır, radio açılıb-bağlanır. Sürücülər qaranlıq yolda əcaib varlıqlar gördüklərini bildiriblər. İddalara görə, hər gecə saat 3 radələrində yoldan yaşıl dərili piyada keçir.

Bəzi mənbələr isə, yolda iki qadın ruhunun olduğunu iddia edir. Onlar gecə motosikletlə yoldan keçən baykerlərin arxa şüşələrində gözə görünüblər. Onlardan biri 1970-ci illərdə avtomobil qəzasında dünyasını dəyişmiş Kelli adlı qadının ruhudur.

Medium Meri Laflend qeyd edir ki, sürücü Kelliyə avtomobili tərk etməsini deməsə, o, avtomobili yoldan çıxarır. Laflend Kellini dəfələrlə gördüyünü deyib. Onun sözlərinə görə, bu cür paranormal hadisələr faciəvi qəzaların baş verdiyi bölgələrdə müşahidə olunur. O, Kellinin pis məxluq olmadığını deyib. "O, zərbə almış şəxsdir. Sadəcə, evinə getmək istəyir”

Sözügedən yol Sifort şəhəri ilə Nerrabin şəhəri arasında yerləşir. Məlumata görə, bu yolda tez-tez qəzalar baş verir./AzNews.az


Xəbər lenti