Xəzər Xəbər

Avropa İttifaqı Krıma qarşı sanksiyaları artırdı

Dünya | 12:35 • 19 İyun 2017
Avropa İttifaqı Krıma qarşı sanksiyaları artırdı

Avropa İttifaqı (Aİ) Krım və Sevastopola qarşı sanksiyaların müddətini daha bir il uzadıb.

Bu barədə qərar Aİ XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşü zamanı qəbul olunub.

"Krım və Sevastopola qarşı məhdudlaşdırıcı tədbirlər 23 iyun 2018-ci ilə qədər uzadılıb”, - deyə Aİ Şurasının yaydığı məlumatda bildirilir.

Bununla da, Krıma nəqliyyat, telekommunikasiya, energetika, neft hasilatı və neft emalı sahələrində məhsulların və texnologiyaların ixracı qadağan edilir, həmçinin bu sahələrdə işləyən şirkətlərə istənilən texniki xidmətin göstərilməsi qadağan edilir.

Xəbər lenti