Xəzər Xəbər

Rusiyada neft emalı zavodu yanır

Cəmiyyət | 08:20 • 1 May 2024
Rusiyada neft emalı zavodu yanır

Rusiyanın Ryazan vilayətində dron hücumuna məruz qalan neft emalı zavodu yanır.

Xezerxeber.az xəbər verir ki, bu barədə “BAZA” “Telegram” kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum gecə saat üç radələrində baş verib. Yerli sakinlərin jurnalistlərə verdiyi məlumata görə, əvvəlcə gurultu eşidilib, sonra isə iki partlayış baş verib.

Hazırda əraziyə müvafiq strukturların bölmələri cəlb edilib.

Xəbər lenti

Çox oxunanlar