Xəzər Xəbər

Vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi müşahidə olunur XƏBƏRDARLIQ

Cəmiyyət | 14:41 • 9 Aprel 2024
Vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi müşahidə olunur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hal-hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Aktivləşdirmə prosesinin həyata keçirilməsi bağlı məlumatı yutub səhifəmizə (https://www.youtube.com/watch?v=ThHgQ1xz-eA) keçid edərək öyrənə bilərsiniz”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti