Xəzər Xəbər

Qarabağ Universitetində daha iki vakansiya elan edilib

Cəmiyyət | 14:44 • 13 Mart 2024
Qarabağ Universitetində daha iki vakansiya elan edilib

Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az ünvanına göndərə bilərlər.

Qeyd edək ki, vəzifələr üzrə göstərilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.

Nazirlik bir daha diqqətə çatdırır ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Xəbər lenti