Xəzər Xəbər

Fərdi uçot sistemində sığortaedənlərin sayı artıb

Cəmiyyət | 12:30 • 27 May 2022
Fərdi uçot sistemində sığortaedənlərin sayı artıb

Aprel ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 11 218 vahid və ya 0,63% artaraq, 1,79 milyon vahid təşkil edib.

Bu barədə xezerxeber.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 475, fiziki şəxslər üzrə 8 858, torpaq mülkiyyətçiləri üzrə isə 885 vahid artıb.

Xəbər lenti