Xəzər Xəbər

Müddətsiz əlillik təyinatı ilə bağlı qərar veriləcək

Cəmiyyət | 12:00 • 27 May 2022
Müddətsiz əlillik təyinatı ilə bağlı qərar veriləcək

“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq yaratmayacaq".

Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev feysbukda yayımlanan "Sosial saat"da deyib. 

S.Qocayev qeyd edib ki, həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər: "Onların əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan faiz dərəcələrinə uyğunlaşdırılması sistem tərəfindən avtomatik olaraq dəyişdiriləcək. Əlilliyin yeni meyarlarla təyinatı məsələsində müddətlər ödənişlər üzrə sistemdən götürüləcək. Həmin ödənişlərlə 10 illik əlilliyə görə müavinət alan şəxslərin müddətsiz əlillik təyinatı ilə bağlı qərar veriləcək”.

Xəbər lenti