Xəzər Xəbər

Noyabr-dekabr aylarında infeksiyalara yoluxma halı 4-5 dəfə artacaq - Professordan XƏBƏRDARLIQ

Cəmiyyət | 18:23 • 22 Oktyabr 2021
Noyabr-dekabr aylarında infeksiyalara yoluxma halı 4-5 dəfə artacaq - Professordan XƏBƏRDARLIQ

"Son günlər COVİD-19-a yoluxmada dinamik artım qeyd olunur. Bu da tək adi insanlar arasında deyil, hətta həkimlər arasında da narahatlığa səbəb olub”.

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə,  pandemiyadan əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə, növbəti noyabr və dekabr ayının birinci, ikinci ongünlüyündə virus təbiətli infeksiyalara yoluxma halı 2-3, hətta 4-5 dəfə və daha artıq arta bilər:
 
"Bu hal heç də qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Çünki növbəti aylardan başlayaraq, kollektiv kontaktda "nisbi uyğunsuzluq” halı aradan qalxacaq və istənilən viral infeksiyaya yoluxmada əvvəlki illərdə olan "nisbi tarazlıq” tam bərpa olunacaq. Digər tərəfdən iddia olunur ki, hazırda koronavirusun simptomları çox dəyişib. Adi soyuqlama və qripin əksər klinik əlamətləri COVİD-19-a yoluxmanın ilk günlərində müşahidə olunan klinik əlamətlərdən demək olar ki, fərqlənmir. Odur ki, kəskin artımla özünü göstərən qrip və adi soyuqlamanın dəyərləndirilməsində, diaqnostik səhvə yol yerilməməli və bu fəsli infeksiyalar koronavirusla qarışdırılmamalıdır. Əks hal, əhali arasında gərginlik, panika və qorxu kimi arzuolunmaz hal yaradar. Nəticədə məhdudiyyət və karantin tədbirlərinin əsassız da olsa, tətbiqinə zəmin yaranar”.

 
Mütəxəssis qeyd edib ki, COVİD-19 hazırda yoluxdurma göstəricisinə görə 10 ən geniş yayılmış viral infeksiya içərisində 5-ci, letallıq göstəricisinə görə isə, yalnız 6-cı yerdədir: "Yəni hər 100 xəstəyə 3,6 % ölum halı düşür. Odur ki, koronavirusun hazırda müşahidə olunan artım dinamikasına, fəsli xarakter daşıyan viral infeksiyaların, total artımının faiz nisbəti kimi baxılmalıdır”./Sfera.az

Xəbər lenti