Xəzər Xəbər

Özəl ali təhsil müəssisəsində təhsil alan tələbələr də kredit ala biləcəklər

Cəmiyyət | 11:39 • 18 İyun 2021
Özəl ali təhsil müəssisəsində təhsil alan tələbələr də kredit ala biləcəklər

Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit alan tələbə yaxşı oxuyarsa ona müəyyən güzəştlər olunacaq.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Xəbər lenti