Xəzər Xəbər

Təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq

Kredit alan tələbə yaxşı oxuyarsa, ona müəyyən güzəştlər olunacaq
Cəmiyyət | 11:40 • 18 İyun 2021
Təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq

Tələbə təhsil krediti verilərkən tələbənin qəbul zamanı topladığı bal nəzərə alınacaq.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit alan tələbə yaxşı oxuyarsa, ona müəyyən güzəştlər olunacaq: "Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq".

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
424 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti