Xəzər Xəbər

TƏBİB-dən 20-ə yaxın tibb işçisinin işdən azad olunması ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 15:32 • 5 May 2021
TƏBİB-dən 20-ə yaxın tibb işçisinin işdən azad olunması ilə bağlı AÇIQLAMA

Talassemiya Mərkəzi və B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə heyətinin sədrinin qərarı ilə həyata keçirilir.

XəzərXəbər xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, digər bütün struktur bölmələrin əməkdaşları müəssisənin rəhbəri tərəfindən işə qəbul olunur və işdən azad edilir:

“Odur ki, sözü gedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB İdarə Heyətinin sədri tərəfindən həyata keçirilməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər”.

Xəbər lenti