Xəzər Xəbər

Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub

Cəmiyyət | 15:45 • 5 May 2021
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub

Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət edilib.

Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib.

O qeyd edib ki, indiyə qədər 7000-dən artıq şəxsin əlilliyi ləğv edilib, 266 əlillik dərəcəsinin ləğvi ilə bağlı artıq Baş Prokurorluğa müraciət olunub: "Əlilliyi ləğv olunan 7000-dən artıq şəxsdən cəmi 300-dən artığı məhkəməyə müraciət edib".

Xəbər lenti