Xəzər Xəbər

Hindistan ştammı nə dərəcə təhlükəlidir? – Həkimdən AÇIQLAMA

Cəmiyyət | 11:52 • 9 Aprel 2021
Hindistan ştammı nə dərəcə təhlükəlidir? – Həkimdən AÇIQLAMA

"Koronavirusun Hindistan ştammı Britaniya ştammı qədər təhlükəli deyil".

Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, virusun Hindistan ştammı ilə bağlı dəqiq elmi tədqiqat olmasa da, aidiyyəti qurumlar artıq bu barədə xəbərdarlıq yayıb. Alim həmçinin bildirib ki, virusa yoluxmanın qarşısını ikinci nəsil peyvəndlərlə almaq mümkün olacaq:

"Pandemiya bir neçə ay ərzində bitəcək proses deyil. Hazırda mövcud olan peyvəndlərdən sonra virusa yoluxma riski yenə qalır. Bunun qarşısını tam alan isə ikinci nəsil peyvəndlər olacaq. Yəni dünyanın virusdan qurtulması ikinci nəsil peyvəndlərlə bağlı olacaq. Bu isə bir az vaxt tələb edə bilər"./baku.ws

Xəbər lenti

Çox oxunanlar