Xəzər Xəbər

Nazir: Məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur

Cəmiyyət | 17:59 • 3 Aprel 2021
Nazir: Məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur

Biz məktəblərdə daimi olaraq davamiyyəti izləyirik. Martın 29-da Bakı məktəblərində şagirdlərin davamiyyəti orta hesabla 80 faiz olubsa, sonrakı 3 gün ərzində bu rəqəm yoluxmaların sayı fonunda 65 faizə düşüb.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda deyib.

Nazir qeyd edib ki, həmişə məktəblərin bağlanması-açılması ilə bağlı qərarlar kifayət qədər ağır olur, razı və narazı qalanlar olur. Məqsədimiz vətəndaş məmnunluğu ilə yanaşı, şagirdlərin öyrənməsini təmin etmək, eyni zamanda insan sağlamlığını qorumaqdır.

Xəbər lenti