Xəzər Xəbər

Təhsil naziri bölgələrdə məktəblərin bağlanmaması məsələsinə aydınlıq gətirib

Cəmiyyət | 17:35 • 3 Aprel 2021
Təhsil naziri bölgələrdə məktəblərin bağlanmaması məsələsinə aydınlıq gətirib

Bölgələrdə məktəblərin niyə bağlanmaması ilə bağlı suallar verilir. Bir çox rayonlarda gündəlik yoluxma halları 3-5, bəzən 10-12 ola bilər. Yəni bunların çoxu lokal xarakter daşıyan yoluxmalardır. Həmin ərazilərdə kütləvi bağlanmalara getmək bir o qədər də məqsədəuyğun hesab edilmədi. Çünki bizim üçün ənənəvi təhsil ən vacib məsələdir.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda deyib.

Nazir qeyd edib ki, yaxın həftələrdə yoluxma statistikası izləniləcək. Əgər ayrı-ayrı məktəblərdə yoluxma sayı artarsa, həmin təhsil müəssisələri də distant təhsilə keçiriləcək.

Xəbər lenti